Pedro Kastilyo Perunun yeni prezidenti

Bakı. Trend:

"Azad Peru" radikal solçu partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Trend-in"TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Amerika respublikasının Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı "Xalq gücü" partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi yaxud səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səlahiyyət müddəti beş il olan yeni seçilmiş prezident iyulun 28-də vəzifəsinin icrasına başlayacaq.

0
45
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar