Psixotrop maddə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına "tekstil" yükü aparan "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanııb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərindəki gödəkçənin içəri cibindən kağız dəsmalda, şüşə boru və selofan kəsiyinə bükülmüş halda, xalis çəkisi 0,675 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar