Qarabağ universiteti – ŞƏHİD övladlarının təhsil alacağı YER

Dünya təhsilndə Qarabağ adı Azərbaycan adına möhürlənəcək.

Professor, UNEC rektoru Ədalət Muradovun məsələ ilə baxışları belədir:

– “Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaq. Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:

– Tələbə mərkəzli universitet;

– Öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;

– Fərdı təhsil trayektoriyası əsasında təhsil verən universitet;

– Təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”;

– XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;

– Distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;


– Dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;

– Rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;

– Xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;

– “Smart universitet”;

– ŞƏHİD övladlarının təhsil aldığı universitet.

Təhsil Nazirliyi yanında İctimia Şuraının sədri, professor Şahlar Əsgərov isə hesab edir ki, universitet də şəhər və insan kimidir, illər keçdikcə böyüyür.

“Birdən- birə qüdrətli universitet yaratmaq çətindir. Arzularımızı tikiləcək universitetin təməlinə qoya bilərik. Qarabağ universiteti ilk növbədə 21-ci əsr universiteti olmalıdır, klassik universitet olmamalıdır. 21-ci əsr universitetləri ötən əsrin universitetlərindən fərqlidir – idarəetməyə, təhsilin məzmununa görə fərqlidir.

İlk sual odur ki, bu nə universitet necə olacaq? Texniki yönümlü yox, ümumi universitet olmalıdır. Orada həm texniki, həm də humanitar fakültələr olmalıdır. Humanitar fakültələr arasında istəyərdim ki, Tarix çox güclü bir fakültə olsun. Çünki biz tarixi yaxşı bilmədiyimiz üçün Qarabağı itirmişdik”.


Şahlar Əsgərov deyir ki, Qarabağa elə bir tarix yazılsın ki, ermənilər o tarixi oxuyanda xəcalət təri töksünlər:

“Qarabağa elə bir tarix yazılsın ki, ermənilər o tarixi oxuyanda xəcalət təri töksünlər ki, özlərinin olmayan torpaqlara sahib çıxıblar. Uşaqdan tutmuş qocaya qədər özlərinin olmayan torpağı bizimdir deməyi əzbərlədiblər. Qarabağın torpağı, təbiəti rəngarəngdir, o universitetdə Coğrafiya, Biologiya fakültəsini də görmək istəyərdim. Mən demirəm ki, nanotexnologiyalı bir universitet olsun. Nanotexnologiyalı universitet böyük kitabxanaları olan, alim kütlələrin yığışdığı, seminarlar olan şəhərlərdə salınmalıdır. Universitetdə təşkil olunacaq yerli konfransa dünyanın hər yerindən insanlar maraqla gələrsə, eşitdikləri sözlər yaddaşlarında qalarsa və bunu dünyaya çatdırarlarsa, Qarbağ universiteti dünya səviyyəli universitet olar”. /modern.az/

0
220
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar