"Qarabağda erməni silahlı dəstələriylə Rusiya hərbçiləri arasında toqquşmalar gözlənilə bilər"- Şahin Bağırov

Cənubi Qafqazda Türkiyə -Rusiya tandemi: regional oyunçular qlobal güclərə qarşı

"Ermənilərin son illuziyaları ATƏT-in Minsk Qrupunun aktivləşməsiylə Dağlıq Qarabağda hansısa status söhbətinin yenidən dirilə bilməsidir. Şübhəsiz, bu istiqamətdə son səylərini də axıra qədər davam etdirəcəklər. Onlarda bu inamı yaradan birmənalı olaraq digər iki həmsədr ölkəyə - ABŞ və Fransaya bəslədikləri ümidlərdir. Halbuki üçüncü həmsədr ölkə olan RF özü də bunun əleyhinədir. Odur ki, Rusiya dövləti ABŞ və Fransanın regiona gəlişini əngəlləmək və onları ofsaytda saxlamaq üçün Türkiyə amilindən məharətlə bəhrələnir. Yəni Türkiyəylə birgə 6 -lıq formatla regional inkişafı qabartmaq və digər iki həmsədr ölkənin regiona müdaxilə potensialını sıfırlamaq məqsədi güdülür. Baxmayaraq ki, Ermənistan üçtərəfli bəyannamənin şərtlərinə əməl etmək zorundadır. Amma erməni tərəfi digər tərəfdən ABŞ və Fransanı Yuxarı Qarabağın status məsələsinə cəlb etmək üçün əlindən gələni edir."

Bu fikirləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Şahin Bağırov Miq.Az-a bildirib.

Alimin fikrincə məhz Xocavənddə məskunlaşmış ermənilərin Qaragen Njdeyə abidə ucaltmaları bizdən çox, Rusiya dövlətini qıcıqlandırmaq məqsədi güdə bilər:

"Belə provakasion situasiyalar çox ola bilər. Erməni silahlı dəstələrinin Rusiya hərbçilərilə də toqquşmaları gözlənilə bilər ki, regionda situasiyanı dəyişə bilsinlər. Yetər ki, onların ABŞ-ın Bayden admnistarasiyasından "gözlədikləri mövqe" öz təstiqini tapsın. Əlbəttə, bu baş verərsə, onda artıq erməni seperatçılarını körükləyən RF yox, məhz ABŞ və Fransanın olacağı birmənalı şəkildə başa düşülməlidir."

Şahin Bağırov qeyd edir ki, rəsmi Ankaranın Yuxarı Qarabağda Rusiyanın yanında olması Kremlə hava-su kimi lazımdır:

Nikbin olmamağa əsas verən digər məsələ isə Bayden admnistrasiyasının bu məsələdə Rusiyayla hansısa güzəştli konkret anlaşması ola bilərdi. Müşahidələr isə əsas vermir ki, Rusiya üçün ABŞ-la "arzuolunan" proqnozları özünü doğrultsun. Digər tərəfdən, Türkiyənin gəlişində də yubanma müşahidə olunurdu. Rusiya isə Türkiyəylə birgə monitorinqin təşkil olunmasına axırlarda çox tələsirdi. Şübhəsiz, bunlar yeni ABŞ prezidentindən dolayı gözləntilərlə əlaqəli ola bilərdi. İstər Türkiyənin, istərsə də Rusiyanın Qərbdən əndişələnmə əmsalında bilavasitə ekvalentllik müşahidə olunmaqdadır. Türkiyənin Cənubi Qafqaza gəlişi Rusiyanın regionda ABŞ və Qərb dövlətlərinə qarşı əlini gücləndirir. Bu isə Dağlıq Qarabağ probleminin həllində Rusiyanın təkbaşına vasitəçiliyə sahiblənməsini və Türkiyənin onun üçün "ildırımötürən" rolunu oynamasını şərtləndirir... Azərbaycanın maraqları üçün isə bu amili kosmik, ilahi bir hədiyyə kimi dəyərləndirmək mümkündür."-deyə alim bildirdi.

Sevinc Muradxanlı

0
613
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar