Qənirə Paşayeva “Tariximizin dahiləri” kitabının təqdimatında çıxış edib

Kitab Gəncliyə Yardım Fondunun (GYF) Türkiyə Cümhuriyyəti Mədəniyyət-Turizm Nazirliyinin Yurddışı Türklər və Əqraba Topluluqları Başqanlığının (YTB) dəstəyi ilə icra edilən “Təfəkkür dünyamızın ulduzları” layihəsi çərçivəsində hazırlanıb.

Q.Paşayeva 1994-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınmış GYF-nin uzunillik səmərəli fəaliyyətini yaxından izlədiyini deyib, ürək sözlərini bölüşüb:

“Sözügedən layihə və bu nəfis kitab Fondun növbəti uğurudur. “Tariximizin dahiləri” kitabı Azərbaycan və Türkiyə başda olmaqla türk-islam dünyasının tarixi şəxsiyyətlərinin – Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırım, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Mehmet Akif Ərsoy, Nəcib Fazil Kısakürək, Sezai Karakoç, Cəmil Meriç, Çingiz Aytmatov, Aliya İzzetbekoviç, İbn Xəldun, Məhəmməd İqbal… kimi fikir adamlarının həyat və fəaliyyətindən, örnək fikirlərindən, yaradıcılığından bəhs edir.

Qardaşlıq ruhuna, tarix şüuruna, ortaq mənəvi dəyərlərə uyğun hər layihə, hər kitab təqdirə, diqqətə, sayğıya layiqdir. “Tariximizin dahiləri” kitabı da məhz belə bir ruh və əzmlə hazırlanıb. “Təfəkkür dünyamızın ulduzları” layihəsinə, “Tariximizin dahiləri” kitabının hazırlanmasına dəstək vermiş YTB rəhbərliyinə, bu layihə və kitabda zəhməti olan hər kəsə könül dolusu təşəkkürlərimi yetirirəm.

Belə nəcib işlər qardaşlıq ruhumuzu daha da möhkəmləndirir. Mədəniyyətimizin ortaq dəyərlərini gənc nəsillərə çatdırmaq, əslində, hər bir aydınımızın mənəvi borcudur.

Qardaş Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin, YTB başqanının, Azərbaycanın əlaqədar dövlət orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxslərinin, vətəndaş cəmiyyəti institutu liderlərinin, ictimai və elm xadimlərinin təqdimatda iştirakından çox şadam. Belə mötəbər insanların iştirakı, ürək sözü söyləməsi gənclərimizə mənəvi dəstəkdir və “Tariximizin dahiləri” kitabının nə qədər önəmli iş olduğunu bir daha göstərməkdədir.

…Hesab edirəm ki “Tariximizin dahiləri” pdf formatında elektron kitabxanalara yüklənməli, habelə universitet, orta məktəb kitabxanalarına, mədəniyyət və gənclər evlərinə paylanmalıdır ki, daha çox insana yetişsin.

Bir daha hər birinizə ən xoş diləklərimi yetirir, uğurlar arzulayıram”!

 

0
176
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar