Qərbi Azərbaycan əyalətində 24 saatda 323 nəfər koronovirusa yoluxub

“Fars” xəbər agentliyinə açıqlama verən Cavad Ağazadə bu xəstələrdən 67 nəfərinin xəstəxanaya yerləşdirildiyini deyib.

O, bununlada əyalətdə koronovirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstə sayının 374 nəfərə çatdığını, bunun çoxunluğunun əyalət mərkəzinə ayid olduğunu söyləyib.

C.Ağazadə 131 xəstənin reanimasiya şöbələrində müalicə aldıqlarını, 26 nəfərin isə durumunun ağır olduğu üçün süni tənəffüs aparatlarına qoşulduğunu vurğulayıb.

Tibb Universitetinin rəisi bu günə kimi Qərbi Azərbaycanda 105 min 876 nəfərin virusa yoluğduğunu, bunun əyalət sakinlərinin ortalama 3%-ı təşkil etdiyini deyib.

Ağazadəyə görə, ictimai qaydalara və şəxsi gigiyenik üsullarına riaət olunmadığı təqdirdə virusla mübarizədə əldə edilən nisbi uğurlar nəticəsiz qalacaq.

0
579
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar