"Fənər"dən transfer bombası: Əvvəlcə İtaliya, sonra İngiltərə...

"Fənərbağça" heyətini iki məşhur futbolçu ilə gücləndirəcək.

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, klubun idman direktoru Emre Belözoğlu əvvəlcə İtaliya, daha sonra isə İngiltərəyə yollanacaq. Belözoğlu forvard mövzusunda səhv etməmək üçün siyahısındakı futbolçuları yaxından izləməyi planlaşdırır.

"Sarı-lacivərtlər"in ilk hədəfi "Roma"nın oyunçusu Edin Cekodur. Təcrübəli hücumçunun adı mövsümün əvvəlində və qış transfer dönəmində "Fənər"lə hallansa da keçid baş tutmamışdı.

Siyahıdakı ikinci ad isə "Kristal Palas"dan Mişi Batşuayidir. Mövsümün sonunda klubla müqaviləsi başa çatan belçikalı forvard üçün "Fənərbağça"nın iş başında olduğu bildirilir.

0
517
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar