"Tiktok" bloqeri bu yumurtadan sonra yumurtalara "TÖVBƏ ETDİ" - FOTO

Bəzən cəmi bir hadisə bizi onunla bağlı olan hər şeydən iyrəndirməyə qadirdir.

BİG.AZ xəbər verir ki, "its_madisonray" ləqəbli "TikTok" istifadəçisi də bişirdiyi yumurtanın içindən çıxanı gördükdə bir daha yumurta yeməmək qərarına gəlib.

Paylaşdığı videoda yumurtanın sarısının yanında kiçik embrionabənzər bir şeyin olduğu görünür.

"Bu nədir? Mən rəsmi olaraq yumurtalardan imtina edirəm", - deyə qız paylaşımını şərh edib.

İzləyicilərin əksəriyyəti görüntünün iyrənc olduğunu təsdiqləsə də, buna yumorla yanaşanlar və "Bu, balaca toyuqdur...", "Görmürsən, "kinder"dir?" kimi şərhlər yazanlar da olub.

Video qısa zamanda 3,2 milyon izləmə, 123 min bəyənmə, 10 mindən çox "repost" və 8 minə yaxın şərh toplayıb.

Natəvan Baxşiyeva


BiG.Az
0
252
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar