<p>Yazar Qan Turalı telejurnalist MirŞahinin tənqidlərinə cavab verib. Mirşahin yazıçıların niyə Qarabağ qələbəsi haqda yazmadıqlarına görə qınayıb. Reportyor.info xəbər verir ki, müzakirələrə səbəb olan bu açıqlamaya Qan Turalı belə cavab verib: “Məsələnin qoyuluşu nəzakətsiz və qabadır. Üstəgəl də nadan… Biri XIX, biri isə XX əsrdən müharibə nəsrinin şedevri saydığım iki əsəri qeyd edəcəm. “Hərb və sülh” 1869-cu ildə çap edildi və Fransa-Rusiya müharibəsini (1812) təsvir edir. Remarkın I Dünya Müharibəsindən bəhs edən romanı “Qərb cəbhəsində təbəddülat yoxdur” 1929-cu ildə nəşr edilib. Ədəbiyyat vaxtın yox zamanın idrakıdır. Bu şəxs indiyənə qədər bir dəfə ədəbiyyatın problemlərini qaldırmayıb. Bu yazıçıların yox xalqın və dövlətin problemidir. Kitab yayım şəbəkəsi məhv edilib, kitab mağazaları yağmalanıb, yüksək vergilər var. Amma Mirşahin yoldaş Jdanov kimi bizim qarşımıza vəzifələr qoymağa can atır. Bir ara Ramiz Mehdiyev də yazıçıları tənqid etmək işinə həvəslə girişmişdi. Biz sənin kimi cibimizin yox ürəyimizin əmri ilə yazırıq. ANS-in daim qaraladığı institutlardan biri ədəbiyyatdır. Meyxana Vuhanından başqa şey də gözləmək olmaz. Mir Şahin Seyran Səxavətdən soruşan ki, ədəbiyyat niyə hadisə baş vermir? Seyran müəllim də demişdi ki, ədəbiyyat yoldur ki, hadisə ola?!</p>