"Rəqiblərdən ən güclüsü düşdü" - "Keşlə"nin baş məşqçisi

Bu gün UEFA Konfrans Liqasında Əsas yol üzrə II təsnifat mərhələsinin püşkü atılıb.
 
Sport7.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, "Keşlə" Rusiya klubu "Soçi” ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Sənan Qurbanov püşkün nəticəsi barədə fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: "Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, "Soçi” komandası Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hətta "Soçi” komandasından da güclü rəqib düşsəydi belə, inanımız heç zaman itməməlidir. UEFA Konfrans Liqasında çıxış etdiyimizə görə çox xoşbəxtik. Belə görünə bilər ki, "Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Biz çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.
 
Sport7.az
0
42
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar