Respublika fənn olimpiadalarına yekun vuruldu +FOTO

Respublika fənn olimpiadalarına yekun vuruldu

Bir neçə gün öncə Respublika fənn olimpiadalarına yekun vurulub. 77 şagirdin iştirakı ilə keçirilən İnformatika fənni üzrə final turu ADA universitetində baş tutub. İnformatika fənni üzrə Respublika final turunda 1-ci yer tutaraq Qızıl medal qazanan Balakən rayon Qazbinə kənd orta məktəbinin 9-cu sinif şagirdi Xizri Saxrayev olub. Bu gün informatika üzə Qızıl medalçı Xizri və onun fənn müəllimi Nərmin Həbilova ilə görüşdüm. Xizri 5-ci sinifdən başlayaraq Nərmin xanımın rəhbərliyi ilə addım-addım, AlpLogo-dan , daha sonra isə SketcUp-dan başlayaraq, mürəkkəb alqoritmlərin həllinədək bu uğura doğru irəliləyib . Asan başa gəlməyib. Söhbət əsnasında onu da öyrəndim ki, nə qalibin, nə də müəlliməsinin normal bir interneti də olmayıb. Əlaqədar şəxslər söz veriblər ki, qısa müddətdə problemi həll edəcəklər. Böyük, çox böyük bir uğurdu. Düşünürəm ki, bu cür şagirdlərə rayon və ölkə səviyyəsində diqqət artırılmalı, onların beynəlxalq olimpiadalara hazırlanması istiqamətində ciddi işlər aparılmalıdır. Yeri gəlmişkən, Balakəndən daha bir şagirdimiz, Uluxan Uluxanlı da tarix üzrə yüksək nəticə göstərərək Qızıl medal qazanıb. Bir daha qalibləri, müəlimləri Nərmin xanımı və Altay müəllimi, məktəblərin rəhbərliyini, Balakən təhsil ictimaiyyətini təbrik edirəm. Sağlam rəqabət prinsipləri əsasında, ədalətli formada şagirdlərə bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində Təhsil Nazirliyinin, təşkilatçıların və sponsorların səyləri təqdirə layiqdir.

0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar