Rusiyanı qəzəbləndirən detal – Alman nəşri Qarabağ savaşına diqqət çəkdi

Almaniyanın “Handelsblatt” qəzeti Azərbaycan ordusunun Qarabağ savaşında Türkiyə istehsalı dronlardan uğurla istifadə etməsindən yazıb.

Teleqraf.com xəbər verir ki, alman nəşri Azərbaycan ordusunun da arsenalında olan türk dronlarının Rusiyanı qəzəbləndirdiyini bildirib.

Qəzet sözügedən dronların istehsalı ilə məşğul olan “BAYKAR” şirkətinin icraçı direktoru Səlcuq Bayraktara da geniş yer verib.

“41 yaşlı türk sərmayədar Bayraktar ölkəsinin ehtimal olunan savaşlarda daha yaxşı kartlara sahib olmasını təmin etdi və qonşusu Rusiyanı qəzəbləndirməyi bacardı”, - nəşr qeyd edib.

Mənbə Bayraktarın dronlarının Suriya, Liviya və son olaraq Qarabağda uğurla istifadə olunduğunu vurğulayıb.

Qəzet “Bayraktar TB2”lərin hərbi meydanda “AK-47” avtomatları kimi bir inqilab həyata keçirdiyini bildirib.

“Rusiya indi də Türkiyə dronlarının Ukraynanın şərqindəki vəziyyətdə dönüş nöqtəsi yaradacağından ehtiyat edir”, - alman nəşri vurğulayıb.

0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar