Rusiyanın daha bir aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya uçuşlara başladı

Rusiyanın "S7 Airlines" aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya birbaşa uçuşlara başlayıb. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Qeyd olunub ki, Rusiyanın hər iki şəhərindən Bakıya aviareyslər üzrə uçuşlara bu gündən etibarən başlanılıb: "Volqoqrad və Həştərxandan Bakıya uçuşlar həftədə bir dəfə – çərşənbə günləri yerinə yetiriləcək. Uçuşlar "Airbus A320" təyyarələri ilə həyata keçirilir".

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.

0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar