"Samsung" şirkəti Galaxy Z Fold3 və Z Flip3 smartfonlarının təqdimatına hazırlaşır

"Samsung Electronics" şirkəti avqust ayında bir sıra yeni qatlana bilən Galaxy Z Fold3 və Galaxy Z Flip3 smartfonlarını təqdim edə bilər.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyinə şirkətdəki mənbələr bildirib.

Təqdimatın "Galaxy Unpacked" onlayn tədbiri zamanı baş tutacağı, bundan sonra bu smartfonların seriya istehsalına başlanacağı qeyd edilib.

 

Yeni cihazların sələflərindən daha yüngül və ucuz olacağı gözlənilir.

0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar