Sarqsyanın qohumu həbs edildi

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qohumu Narek Sarqsyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə erməni KİV-ləri məlumat verir.

Qeyd olunur ki, o, qanunsuz silah, döyüş sursatları, narkotik vasitələr saxlamaqda, eləcə də insan oğurluğunun təşkil olunmasında təqsirli bilinib.

N.Sarqsyan 2018-ci ilin dekabrında İnterpol tərəfindən Praqada saxlanılıb, 2019-cu ilin dekabrında Ermənistana ekstradisiya edilib. O, bundan əvvəlki həbs müddəti nəzərə alınmaqla, daha 3,5 il həbsdə keçirəcək.

0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar