Şenol Güneş: "Günahkar mənəm"

"Nəticə yaxşı deyil. Turnirə böyük xəyallarla gəlmişdik".

Sfera.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda Uels yığmasına 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin A qrupunun II tur matçından sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, matça pis başlasalar da, sonradan oyunlarını tapdılar: "Amma buraxılan qol bizə mənfi təsir etdi. Top itkilərimiz çox oldu. Rəqibə çox boş sahə verdik, onlar da istədikləri qolu vurdular. Daha yaxşı nəticə qazana bilərdik. Bunadək şansımız çox idi. Amma bu məğlubiyyətdən sonra vəziyyətimiz pisləşdi".

Güneşin sözlərinə görə, açılış matçında İtaliyaya 0:3 hesablı məğlubiyyətin şokundan çıxa bilməyiblər: "3-cü yerlə çıxmaq şansımız da azaldı. Komandamız gəncdir. Futbolçularımızın çoxu bu cür turnirlərdə oynamayıb. Təcrübələri azdır. Hər 2 - 3 pasdan bir top itirirdik. İlk 20 dəqiqədə rəqibin sürətli oyununa cavab verə bilmədik. Bu gün qələbə qazansaydıq, qrupdan çıxmaq şansımız daha çox olardı".

Baş məşqçi məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Bütün oyunçular bizim üçün önəmlidir. Amma bəziləri formalarından uzaqdır. Orta sahədə oynayan Okay Yokuşlu və Ozan Tufandan çox şey gözləyirdik. Amma uduzmuşuqsa, bu, 1-2 nəfərin günahı deyil. Komanda şəklində pis oynadıq".
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar