Azərbaycanda uşaq futbolunda problemlər çoxdur. Təbii ki, belə olan halda milliyə layiq futbolçular da müşkül məsələyə çevrilir. Ancaq bir də oğlunun yığmaya dəvət almamasına görə narazılıq edənlər var.

"Qarabağ”ın U-19 komandasının futbolçusu Ağabəkir Həşimovun atası Sənan Həşimov da narazılıq edənlərdən biridir. O, oğlunun yığmaya çağırılmamasına görə millinin məşqçilərini günahlandırır.

Sportinfo.az xəbər verir ki, qaynarinfo-ya danışan Həşimov hücumçu mövqeyində çıxış edən övladının qollar vurmasına baxmayaraq, diqqətdən kənarda qalmasından narahatdır:

"Oğlum Ağabəkir Həşimli "Qarabağ”ın U-19 komandasında oynayır. Futbola "Səbail”in aşağı yaş qruplarında başlayıb, sonra "Zirə”yə ordan da "Qəbələ”yə getdik. Orada bir mövsüm ərzində 26 qol vurdu. Bombardirlər sırasında ikinci oldu. Təhsillə əlaqədar Bakıya qayıtdıq, o da "Qarabağ”da oynamağa başladı. Ancaq U-19 millimizin baş məşqçisi Aqil Nəbiyev onu yığmaya dəvət etmir. Aqil ancaq özününküləri çağırıb heyəti yığır. Soruşanda da deyir ki, Ağabəkirdən güclüsü var. Yaxşı, bəs bu nə vaxt inkişaf edəcək, milliyə çağrılacaq? Azərbaycan millisi bir nəfər üçündürsə, digərləri nə etməlidir? Futbolu atmalıdır? Uşaqla maraqlanmırlar, sonra da yığmada inkişaf istəyirlər. Özüm taekvondo müəllimiyəm. Amma həm də bir valideynəm. Uşağımın məhz Aqil Nəbiyevə, bir də Fərid Namazova görə psixoloji durumu pozulub. Gəncdir, 17-18 yaşı var, bəs milliyə düşmək üçün nə etməlidir? Nə bilim, adam əsəbiləşir, inanın, uşağımı futbola yönəltdiyimə çox peşmanam. Aqil cəmi bir dəfə dəvət göndərdi. Sonra onunla mədəni şəkildə söhbətləşdik, müzakirələr apardıq. Amma bir müddət sonra yenə uşaq kənarda qaldı. İnsanıq, bilmədən kiminsə haqqını yeyə bilərik. Robot deyilik axı. Mənim də səhvim olub. Ancaq bilərəkdən etmək düzgün deyil. Yoxlasınlar, fiziki durumuna görə oğlum hansısa uşaqdan zəif olsa, onu geri çəkərəm. Azərbaycanda potensiallı futbolçular çoxdur. Hamıya şans versinlər də. Oğlum hücumçudur, bu mövsüm "Qarabağ”da 14 qol vurub. Nə Aqillə, nə də Fəridlə aramızda şəxsi intriqa olub. Bir-birimizə aqressiya göstərməmişik. Bilmirəm uşağımı yığmaya çağırmamalarının səbəbi nədir. Bu gün oğlumun irəli getməsi üçün nə lazımdırsa, etməyə hazıram. Hətta onun üçün şəxsi fiziki hazırlıq üzrə məşqçi də tutmuşdum. Hardasa 8 ildir futbol oynayır. Bu müddət ərzində fərdi futbol müəllimi də tutmuşdum. Atletika məşqlərinə göndərmişəm. İstəmişəm ki, gələcəkdə heç bir çatışmazlığı olmasın”.

Təbii ki, millimizin baş məşqçisindən də narazılıqlara münasibətini öyrəndik. Nəbiyev açıqlamasında bunları normal qəbul etdiyini, kim hazırdırsa, onları çağırdığını dedi:

"Hər bir valideynin buna haqqı var. Seleksiya vaxtı onu iki dəfə yığmaya dəvət etmişəm. Bu gün vaxt məhdudiyyəti var. Avropa Çempionatında oynayacağıq. Kimlər formadadırsa, onları toplanışa dəvət etmişəm. Müqayisə baxımdan danışsaq, "Turan Tovuz”un akademiyasından çıxan Sadiq Şəfiyev var, komandasında əsas heyətdə oynayır. Digər hücumçumuz "Qəbələ”nin əvəzedicilərində daimi əsas heyət üzvüdür. Üstəlik U-19 liqasının bombardiridir. Ağabəkiri formada olduğu vaxt dəvət etmişəm. Ancaq bu gün o, hazır olmadığı üçün digərlərinə dəvət göndərmişəm. Hazırda yığmaya çağırdığımız hücumçulara daha yaxşı formada olduğu üçün üstünlük vermişik. Hər toplanış vaxtı oyunları izləyirik, kim formadadırsa, onları cəlb edirik. Millinin qapısı hamı üçün açıqdır. Formada olan istənilən futbolçunu sevə-sevə milliyə dəvət edirik. 2005/2006 təvəllüdlü futbolçuların hamısını tanıyırıq, nəzarətimizdədir. Hamısı bizim övladlarımızdır”.

"Tirana"nın forvardı Florent Hasaninin karyerasını Azərbaycanda davam etdirmək şansının olması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Albaniya klubu kosovolu forvardı azad agent kimi buraxmaq niyyətində deyil.

"Sabah" və "Neftçi"nin transfer siyahısında olduğu iddia edilən hücumçunun özü Azərbaycanda oynamaq istəyindədir.

Bu barədə futbolçu özü bir müddət əvvəl saytımıza açıqlamasında bildirmişdi. Məlumata görə, Hasani ən yaxşı halda avrokuboklardan sonra Azərbaycana gələ bilər.

Belə ki, "Tirana" rəhbərliyi ondan Konfrans Liqası oyunlarında komandaya kömək etməsini istəyib. Məhz bundan sonra onun Albaniyadan ayrılığı gerçəkləşə bilər.

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti qarşılaşma iyunun 11-də keçiriləcək.

"Səbail"in yeni transferi Rüfət Abdullazadə paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "dənizçilər"in daha yaxşı yerlərü layiq komanda olduğunu bildirib:

"Səbail" ilə müqavilə bağladığım üçün şadam. Ümid edirəm ki, iki tərəf üçün də uğurlu olar. Əsas məqsədim komandama kömək etməkdir.

Potensialımız var, "Səbail" daha yaxşı yerlərdə olmağa layiq komandadır. Əlimizdən gələni edərək, komandaya kömək etməyə çalışacağıq".

"Səbail" Rüfət Abdullazadə ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Real"in qapıçısı Tibo Kurtua ötən yay evlilik təklif etdiyi israilli model Mişel Hersiq ilə yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, bu yay toy etməyi planlaşdıran cütlük hələlik kiçik tədbirlərlə kifayətlənir.

Tibo ötən gün 26 yaşı tamam olan nişanlısı üçün doğum günü şənliyi təşkil edib.

Mişelin öz hesabında yerləşdirdiyi fotolar böyük marağa səbəb olub. İzləyicilər cütlüyün ünvanına xeyli tərif səsləndiriblər.

Argentina millisinin keçmiş hücumçusu Karlos Teves hesab edir ki, Lionel Messinin “İnter Mayami”yə keçməsi düzgün qərar olub.

Sportinfo.az xəbər verir ki, Teves, Messinin keçmiş klubu “Barselona”nın onu geri qaytarmaqda elə də həvəsli olmadığını bildirib:

“Leo ən çox “Barsa”ya qayıda bilməməkdən əziyyət çəkdi. O, vəziyyətdən asılı olaraq qərar verdi.

Messi “Barselona”ya qayıtmaq istəmirdi ki, sonradan komanda yoldaşları satılsın, maaşları azalsın və yenə “kino”da pis adam kimi görünsün.

Məncə, “Barsa”da Messini geri qaytarmaq üçün çox həvəs yox idi. Leo MLS-ə meyl etdi, o, Mayamini sevir.

Messi və ailəsi burada rahatlıq tapacaq. Düşünürəm ki, o, tamamilə düzgün bir şey etdi.

Avropada o, yalnız “Barselona”da oynamaq istəyirdi, ona görə də, düzgün qərar verdi”.

Messi bir neçə gün əvvəl PSJ-dən ayrılaraq, “İnter Mayami”yə keçib.

Slovakiyanın Koşiçe şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb.

Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.

Türkiyənin birinci liqasında "Çaykur Rizespor”u çalışdıran Bülent Korkmaz vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, klub 2022-ci ilin fevral ayından burada çalışan baş məşqçi ilə müqavilə müddətini yeniləməyib.

"Çaykur Rizespor" cari mövsüm birinci dəstədə 68 xalla ikinci yeri tutub və yeni mövsümdən Türkiyə Superliqasında mübarizə aparmaq hüququ qazanıb.

"Qalatasaray”ın 54 yaşlı əfsanəsi 2009/2010 mövsümündə Azərbaycan Premyer Liqasında "Bakı"nı çalışdırıb.

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun klubla yollarını ayırdığı ilə bağlı məlumatlara münasibət bildirib.

O, “qafqazinfo”ya açıqlamasında iddia edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi media orqanlarında məlumat yayılıb ki, mən “Kəpəz”dən ayrılmışam. Lakin mən hazırda işimin başındayam.

Klubun Prezidenti İqar Nadiri ilə görüşümüz olub. Onunla gələcək planlarımızla bağlı söhbətimiz baş tutub.

Həmçinin, yeni gələcək və komandanı tərk edəcək futbolçularla bağlı müzakirələrimiz də baş tutub. Heç bir problemimiz yoxdur, yazılanların hamısı şaiyədir.

Bu gün də Gəncə şəhərində olmuşam. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə də görüşümüz baş tutub.

Hazırda Bakıya gedirəm, yenidən Gəncəyə qayıdacam. Yeni mövsümə hazırlıq planlarımız var. Hazırda kluba transfer olunacaq futbolçularla danışıqlar gedir”.

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Everton"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Mersisayd təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

O, daha çox oynaya biləcəyi komandaya getmək üçün bu addımı atıb. Beqoviç "Everton"da Cordan Pikfordun əvəzləyicisi idi.

İddiaya görə, 36 yaşlı qapıçı karyerasını Premyer Liqaya yenicə yüksələn "Luton"da davam etdirə bilər.

Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

"Keşlə”də (indiki "Şamaxı") oynamış braziliyalı futbolçu Rodriges Pereyra Junior Silvio məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi futbolçu barədə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.

İddiaya hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Junior Silvionun hazırda Azərbaycan dövlətinə 3376.04 AZN vergi borcu var.

Rodriges Pereyra Junior Silvio 2020-ci ildə Albaniyanın "Vllazniya" klubundan "Keşlə"yə keçib.

2020/21 mövsümündə Bakı klubunun heyətində 28 oyuna çıxan forvard 4 qol vurub. 2021-ci ildə ölkəmizi tərk edən 29 yaşlı braziliyalı hazırda İndoneziyanın "Persikabo” klubunda çıxış edir.

Bojidar Bandoviç 2012/2013 mövsümündə "Bakı"nın baş məşqçisi olub.

2012-ci ilin iyulunda paytaxt klubunun sükanı arxasına keçən monteneqrolu mütəxəssis 2013-cü ilin aprelində uğursuz nəticələrə görə istefaya göndərilib.

54 yaşlı çalışdırıcı 2014-cü, həmçinin, 2017-2020-ci illərdə isə Tailandın "Buriram Yunayted" klubuna rəhbərlik edib. Bandoviç bu komanda ilə iki dəfə ölkə çempionu, bir dəfə isə kubokun qalibi olub.

Sportinfo.az xəbər verir ki, mütəxəssis "report"a müsahibəsində həm ölkəmizdəki karyerası barədə danışıb, həm də Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Qarabağ"ı "Buriram Yunayted"ə dəyişməsinə münasibət bildirib.

- Təqribən bir mövsümə yaxın "Bakı"da işləmisiniz. Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
- Ölkənizlə bağlı çox yaxşı xatirələrim var. Bakı gözəl şəhər kimi yadımda qalıb. Düşünürəm ki, həmin vaxt əlimizdəki heyətlə normal işlər gördük və pley-offa (həmin vaxt Premyer Liqada "altılıq" sistemi tətbiq olunurdu - E.S) vəsiqə qazandıq. "Qarabağ"ı yaxşı xatırlayıram. Hələ həmin dövrdə çox güclü kollektivə sahib idi.

- Bilirsiniz ki, hazırda "Bakı" klubu yoxdur, fəaliyyətini dayandırıb. Bu xəbəri ilk dəfə eşidəndə hansı hissləri keçirdiniz?
- Klubun ovaxtkı prezidenti Hafiz Məmmədov çox yaxşı insan idi. "Bakı" üçün hər şeyi edirdi. Klubun dağılması mənim üçün çox kədərli xəbər olmuşdu. Bu, onu göstərir ki, bəzi təşkilati məsələlərdə və qərarlarda yanlışlığa yol verilib.

- Hazırda Azərbaycanda əlaqə saxladığımız insanlar varmı?
- Azərbaycandan olan agentim Tural Əsgərovla tez-tez əlaqə saxlayıram. O, mənim həm də ən yaxın dostumdur. "Bakı"da işləyərkən mənə çox kömək etmişdi. Biz qardaş kimiyik.

- Hazırda hansı klubda çalışırsınız və işləriniz necə gedir?
- Vyetnamın "Hanoy" komandasının baş məşqçisiyəm. Kifayət qədər böyük klubdur. Bu yaxınlarda ölkə Superkubokunu qazandıq. Yerli çempionatda mübarizə aparırıq, sentyabrdan isə Asiya Çempionlar Liqasında oynayacağıq. Burada olduğum üçün xoşbəxtəm.

- Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubuna keçib. Bu transferi necə qiymətləndirirsiniz?
- Bəli, bu barədə eşitmişəm. Ramil "Buriram Yunayted"in yeni transferidir. Beş il bu komandada işləmişəm və xeyli titul qazanmışam. "Buriram Yunayted" böyük klubdur, yaxşı infrastruktura malikdir. Amma Ramil Şeydayev də yaxşı komandadan gəlib. Bildiyim qədərilə, əla məşqçi ilə işləyib. Fikrimcə, ölkəyə və çempionata çox tez uyğunlaşacaq. Düşünürəm ki, Asiyanın ən yaxşı komandalarından birinə keçib. Yaxşı transferdir.

- Sizcə, "Qarabağ"ı "Buriram Yunayted"ə dəyişməsi doğru seçimdir?
- Bilirsiniz, insanlar məsələyə fərqli prizmadan baxırlar. Bəlkə də bu, Ramil üçün daha yaxşı variantdır. "Buriram Yunayted" də Asiya Çempionlar Liqasında çıxış edir. Yəqin, Şeydayev özünü fərqli liqada sınamaq üçün bu addımı atıb. Mənə görə, bu, Ramil üçün ən yaxşı seçimlərdən biridir.

- Azərbaycanlı futbolçuların xarakterini az-çox bilirsiniz. Necə düşünürsünüz? Ramilin Taylandda adaptasiya problemi ola bilərmi?
- Fərqli qitəyə, fərqli çempionata gəlib. Məncə, adaptasiya üçün ona vaxt lazım olacaq. Özü üçün oradakı məşq prosesləri barədə araşdırma aparmalı, kimlərdənsə soruşmalıdır. Tailanda gəlməzdən öncə hər şeyə hazırlıqlı olmalı idi. Çünki Asiya futbolu Avropadakından seçilir. Düzdür, yüksək səviyyəli oyunçular adətən uyğunlaşma problemi yaşamırlar. Amma istənilən halda zamana ehtiyac olacaq. Adaptasiya müddəti futbolçuların xarakterinə görə də dəyişir. İntizamlı oyunçu üçün bu, daha asandır.

- Bu il Avropada maraqlı tendensiyanın şahidi oluruq. Ulduz futbolçular yüksək maaş verilən ölkələrə üz tuturlar. Azərbaycan səviyyəsində ulduz olan Ramil Şeydayev də maddi tərəfləri yaxşı olduğu üçün Tayland klubunun təklifini qəbul edib. Futbolçuların bu addımına münasibətiniz necədir?
- Fikrimcə, bu, hər futbolçunun özündən asılı olan məsələdir. Ramil "Buriram Yunayted"də daha çox pul qazanacaq. Həmçinin, bu, futbolçu üçün yeni çağırışdır. Üstəlik Asiya Çempionlar Liqasında oynayacaq. Mən həm Avropada, həm də Asiyada bu həyəcanı yaşamışam. Demək olar ki, oxşar hisslərdir. Bəzi insanlar sərfəli təklif alanda həm ailələrini, həm də necə daha çox pul qazana biləcəklərini düşünürlər.

"Neftçi" istefaya göndərməyə hazırlaşdığı baş məşqçisi Laurentsiu Regekampfa təzminat ödəməyəcək.

Sportinfo.az "romaniatv.net" saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaqla bağlı anlaşıblar.

İddiaya görə, rumıniyalı mütəxəssis əvvəlcə "ağ-qaralar"dan 100 000 avro təzminat tələb etsə də, sonradan fikrini dəyişib.

Daha əvvəl Laurentsiu Regekampfın Səudiyyə Ərəbistanı və Qətərdən təkliflər aldığı bildirilib.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

“Real” heyətinə futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Rayo Valyekano”dan Fran Qarsiyanı transfer edib.

“Kral klubu”nun yetirməsi olan 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Fran Qarsiya 2020-ci ildən “Rayo Valyekano”da çıxış edirdi. Sol cinah müdafiəçisinin uğurlu çıxışı Madrid təmsilçisini sabiq oyunçusunu geri qaytarmağa məcbur edib.

“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini hazırda komandanın “sükanı arxasında” olan Pep Qvardiola haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin başçılığı altında “şəhərlilər”i dünyanın ən güclüsü hesab etmir:

“Finaldan öncə nəticə haqda proqnoz vermək olmaz. Qvardiolanın “Mançester Siti”si dünyanın ən güclüsü olmasa da, ən yaxşı formada oynamağın lazım olduğunu bilir.

“İnter”in baş məşqçisi Simone İnzaqini yaxşı tanıyıram. Onun futbolçu və məşqçi kimi inkişafını özüm görmüşəm.

İnzaqiyə inanmaq lazımdır. Bir neçə həftə öncə o, tənqidlərə məruz qalmırdımı? İşi heç də asan deyil”.

Çempionlar Liqasının finalının “Mançester Siti” – “İnter” matçı 10 iyun, saat 23:00-da start götürəcək.

İyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında qitə birinciliyində ökəmizi təmsil edəcək yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət komandalarla görüş keçirilib.

AGF-nin İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev və federasiyanın digər rəsmi şəxsləri, eləcə də məşqçilər yeniyetmə güləşçilərə qarşıdakı məsul yarışda uğurlar arzulayıb.

Avropa çempionatının ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Elvin Mürsəliyev və Rasim Ağayevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Nurlan İbadzadə (60 kq), Murad Zeynalabdinov (65 kq), Cavidan Nehmətov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) çıxış edəcək.

İyunun 14-dən 16-dək isə məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) uğur qazanmağa çalışacaq.

Qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimiz Bəşir İsazadə ilə Həbib Nurulu ədaləti qoruyacaq.

Ölkə kubokunun qalibi “Qəbələ”də “yarpaq tökümü” davam edir.

Əla mövsüm keçirən futbolçular əvvəlkinə nisbətən yüksək maaş tələb edir ki, bölgə təmsilçisinin maliyyə durumu bəzi oyunçuların gedişini şərtləndirir.

Bu günə qədər Məqsəd İsayevlə Ramon Maçadonun ayrılığı rəsmən təsdiqlənib.

Rafael Utziq karyerasını baş komandada davam etdirəcəyini saytımıza açıqlamasında demişdi. İsnik Aliminin də “Qəbələ”də qalmayacağı haqda xəbərlər dolaşır.

Müqaviləsi başa çatanlardan biri də Ruan Renatodur. Ötən yay “qırmızı-qaralar”la 1 illik anlaşmaya qol çəkən braziliyalı mərkəz müdafiəçisi Sportinfo.az-a açıqlamasında “Qəbələ”dəki gələcəyi barədə danışıb:

“Hazırda yalnız istirahətim haqda düşünürəm. Ağır və uğurlu mövsümdən sonra buna ehtiyacım var. Bir qədər dincələndən sonra gələcəyimlə bağlı qərar verəcəm.

İndidən bu haqda nəsə demək çətindir. Hər şey danışıqların gedişindən, mənim və klubun irəli sürəcəyi şərtlərdən asılı olacaq. Həyatda hər şey mümkündür”.

2021-ci ilin yayından bölgə təmsilçisinin uğurları üçün tər tökən 29 yaşlı müdafiəçi meydana çıxdığı 72 oyunda 4 qol vurub, 1 assist edib.

HƏBİB

Sportinfo.az xəbər verir ki, Gəncə şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov “Kəpəz "in stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, bunun üçün birinci növbədə vəsait lazımdır.

“Birincisi, stadionun təmir olunması üçün vəsait lazımdır. Hazırda bizdə o vəsait yoxdur. Biz heç vaxt deməmişik ki, oranı təmir edəcəyik.

O, məlumat mediaya kimlər tərəfindən gəlibsə, onu araşdıra bilərsiz. Stadion bizim balansızmızdadır və biz başa düşürük ki, ora təmir olunmalıdır.

Onun üzərində hazırda çalışırıq. Sizə bu dəqiqə konkret məlumat deyə bilməyəcəm.

Amma onu deyə bilərəm ki, biz problemi bilirik, görürük və problemin üzərində çalışırıq. Meydançalar yaxşıdır.

Orada akademiya da yaradılıb. Akademiyanın meydançaları AFFA tərəfindən təmir olunub. Bir qalır tamaşaçılar üçün tribunalar”, - nazir F.Qayıbov bildirib.”, - nazir F.Qayıbov bildirib.

Azərbaycan kubokunun final oyunu "Neftçi" cəbhəsində insidentlə yadda qalıb.

Hadisə komandanın futbolçusu Eddi İsrafilovla baş məşqçi Laurentsiu Regekampf arasında yaşanıb.

Belə ki, əsas vaxtın son dəqiqələrində rumıniyalı mütəxəssis yarımmüdafiəçini Fərid Yusifli ilə əvəzləyib.

Çalışdırıcının verdiyi qərar Eddinin xoşuna gəlməyib.

O, etirazını meydanı tərk edəndən sonra Regekamfa çiyin vurmaqla bildirib.

Əcnəbi baş məşqçi isə "14 nömrə"nin hərəkətin görməzdən gəlib.

Xatırladaq ki, qarşılaşmada İsnik Aliminin 103-cü dəqiqədə penaldan vurduğu qol "Qəbələ"yə Azərbaycan kubokunu qazandırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiz:

“Kadi ilə əlaqəm var. Tez-tez yazışır, danışırıq”.

“Qarabağ”ın aparıcı futbolçularından birinə çevrilən Leandro Andrade Sportinfo.az-a açıqlamasında sabiq komanda yoldaşı Kadi Borgeslə münasibəti haqda danışıb.

Braziliyalı futbolçu “Krasnodar”a transfer olunmamışdan əvvəl “Qarabağ”dakı ən yaxın dostlarından biri də məhz Leandro idi.

Maraqlıdır, Kadi Rusiyada oynamağa başlayandan sonra ötən günlər haqda Andradeyə nə deyib? Kabo-Verde millisinin də şərəfini qoruyan Leonu yanına səsləmir ki?:

“Qarabağ”ın bu çempionluğunda Kadinin də payı var. Fürsətdən istifadə edib bu münasibətlə onu təbrik edirəm.

Çox yaxşı münasibətimiz var. Artıq dostluqdan da o tərəfədir, qardaş kimiyik, ailəvi dostluğumuz var.

O, məndən Azərbaycandakı vəziyyət haqda maraqlanır, mən ondan Rusiyadakı durumu haqda soruşuram.

“Krasnodar”da oynamaq? Özümü “Qarabağ”da kifayət qədər xoşbəxt hiss edirəm. Amma nə vaxtsa Krasnodara gedəcəm, Kadiyə baş çəkmək üçün”.

2022-ci ilin yanvarından “köhlən atlar”ın şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçi bu müddətdə şans qazandığı 50 oyunda 12 qol vurub, 22 assist edib.

HƏBİB

"Toronto"nun futbolçusu, "Barselona"da çıxış etmiş Viktor Vaskez Lionel Messi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu PSJ-dən ayrılaraq "İnter Mayami"yə keçən argentinalının özünü sübut etməyə ehtiyac olmadığını söyləyib:

"Mən həmişə Messini karyerasını izləmişəm. Son vaxtlar yanında böyük oyunçular olmasına baxmayaraq karyerasının istədiyi kimi alınmadığı alınmır.

Bu da normaldır. Məndə də eyni vəziyyət yaşanmışdı. Uzun illərdən sonra "Barselona"dan ayrılıb Çempionlar Liqasını qazanmaq üçün PSJ-yə keçəndə təzyiqlə üzləşdi.

Messi dünyanın ən yaxşısıdır, lakin ona kömək edəcək oyunçulara ehtiyacı var.

Düşünmürəm ki, o, karyerasını bitirməlidir. Dünya çempionatında Messi hamıya hər şeyi sübut etdi".

"Barselona” yetirməsi olan Vaskez “Brügge”, “Kruz Azul”, “Al-Arabi”, “Umm Salal”, “Eupen”, “LA Qalaksi” klublarında oynayıb.