Süfrədə şorbaların olmaması hansı problemlərə yol aça bilər?

Həm uşaq bağçasında, həm də məktəbdə uşaqların şorba ilə qidalanmasına üstünlük verilir. Uşaqlıq dövründə hər bir insan ən azı bir dəfə şorba yeməyin nə qədər vacib olduğunu eşidib. Bununla belə, yetkin yaşda bir çox insan bu qaydaya əməl etmir. 

 

Aztibb.az xəbər verir ki, düzgün qidalanmada maye qidaların rolu əvəzolunmazdır. Tərəvəz şorbaları stimullaşdırıcı və profilaktik xüsusiyyətlərə malikdir, lakin bəzi insanlar, maye qidaların mədə şirəsinə qarışaraq həzm prosesinə mane olduğunu iddia edir.

 

Qastroenteroloqlar bildirir ki, şorbalar qida rasionundan xaric edilməməlidir. İstənilən bulyon - istər ət olsun, istər tərəvəz - ekstrakt maddələrlə zəngindir. Məsələn, ət bulyonundakı jele tərkibli maddələr əzələ və qığırdaq toxumalarını gücləndirməyə kömək edir. Digərləri də, öz növbəsində bağırsaq hərəkətliliyini dəstəkləyən maddələrin istehsalını stimullaşdırır və bütün tullantıların vaxtında bədəndən çıxarılmasında rol olynayır. Şorbadan imtina edildiyi zaman qəbizlik, fermentasiya və toksinlərlə qarşılaşmaq mümkündür. Həkimlərin fikrincə, xüsusi tibbi göstəriş olmadan hər gün şorba yeməyə ehtiyac yoxdur. Vaxtaşırı maye qidaları istehlak etmək kifayət edər.

    0
    67
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar