Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat

Şuşa bəyənnaməsi Azərbaycan-Türkiyə münasibətlərində daha geniş, çoxşahəli əməkdaşlığa imkan yaradan, ölkələrimizin strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə qaldıran tarixi bir sənəddir və belə bir sənədin Milli Qurtuluş Günündə, Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtında imzalanması mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edir.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Ülu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə xitabən ifadə etdiyi “Bir millət, iki dövlət” şüarına diqqət çəkən millət vəkilinin qənaətinə görə, Şuşa Bəyənnaməsi Azərbaycan xalqının, bütün Türk Dünyasının arzularının gerçəkləşməsidir: “Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının ən dəqiq ifadəsi olan “Bir millət, iki dövlət” şüarı Şuşa Bəyannaməsi ilə ən yüksək və hər kəsin səbirsizliklə gözlədiyi hüquqi-siyasi statusu qazandı”.

Azər Kərimli qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyini müəyyən edən Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır: “Müttəfiqlik bəyannaməsində yer alan bütün istiqamətlər keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir. Bəyannamədə enerji təhlükəsizliyinin təminatçısı Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Məlum olduğu kimi, Azərbaycanla Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr dünyanın enerji xəritəsində mühüm dəyişiklərin edilməsinə zəmin yaradıb, enerji sektorunda əməkdaşlıq üçün yeni perspektivlər açıb. Şuşada imzalanan sənəd isə həm bu sahədə, həm də hər iki ölkənin logistik imkanlarının genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçiriləməsinə yol açacaq”.

Millət vəkili bildirib ki, Şuşa Bəyannaməsində iki ölkə arasında hərbi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı hərdi yardımla bağlı məqamların yer alması regionda sülhün, təhlükəsiliyin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir:

“Bu, böyük tarixi nailiyyətdir. Hərbi əməkdaşlığın genişlənməsi və hərbi yardımla bağlı Şuşa Bəyannaməsində yer alan prinsiplər göstərir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bundan sonra da bir yerdə olacaq, təhlükəsizliklərini birlikdə təmin edəcəklər”.

0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar