Şuşa bəyannaməsinin əhəmiyyəti: gələcəyə hesablanmış strategiya - Şərh

Azərbaycanın müasir tarixində mühüm əlamətdar günlər yaşanır. Tarixi Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə qardaşlığı fonunda bölgədə mühüm layihələrin reallaşması üçün münbit şərait formalaşıb. Artıq bu regionda sülhə və təhlükəsizliyə heç bir maneə olmadığından proseslərin daha intensiv şəkildə inkişafı mümkündür. Məhz Azərbaycanın Milli Qurtuluş günündə Şuşada qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsinin imzalanması tarixi reallığı özündə ehtiva edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, Şuşa bəyannaməsi Qars müqaviləsinin davamı olmaqla yanaşı, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələ olacaq:

“Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət mövcud deyil. Hər iki qardaş dövlət bütün beynəlxalq təşkilatlarda, mühüm platformalarda bir-birilərinin maraqlarını müdafiə edib. Eyni kökə və tarixi dəyərlərə malik olan xalqların məhz bir mövqedən çıxış etməsi bölgədə sülhə və təhlükəsizliyə mühüm təminat yaradır”.

Cavid Osmanov hesab edir ki, bu gün regionda yeni bir reallıq yaranıb:

“44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda separatizmə zərbə vurulub. Azərbaycan dünya birliyi tərəfindən tanınan sərhədlərini bərpa edib. BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə bağlı çıxarmış olduğu qətnamələr ölkəmiz tərəfindən təkbaşına icra olunub. Bununla da Azərbaycan beynəlxalq hüquqa, qanunun aliliyinə olan münasibətini bir daha nümayiş etdirib. Məhz Azərbaycanın öz tarixi torpaqlarında düşmənə qarşı keçirdiyi hərbi əməliyyatlar sözsüz ki, ölkəmizə dost olan dövlətlər tərəfindən də birmənalı olaraq dəstəkləndi. Bu sırada sözsüz ki, dost, qardaş Türkiyənin Azərbaycana olan birmənalı dəstəyi xüsusi olaraq vurğulanmalıdır. Müharibənin ilk günündə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq şəkildə mənəvi dəstək verməsini xalqımız heç vaxt unutmayacaq”.

Deputat qeyd edib ki, qalib Ali Baş Komandan cənab İlham Əliyevin qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşadan verdiyi mesajların mühüm əhəmiyyəti var:

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, artıq bölgə üçün də bir mərkəz rolunu oynayacaq. İki qardaş ölkə arasında Şuşada imzalanan tarixi bəyannamə bundan sonrakı münasibətlərin yeni spektorda inkişafına geniş imkanlar açacaq”.

 

0
157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar