"Ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm" - Ayxan Abbasov

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt" Serbiya təmsilçisi "Çukariçki” ilə üz-üzə gələcək.
 
Sport7.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib: "Sumqayıt” FK olaraq ötən mövsüm avrokubok həyacanını yaşamışdıq. Əlbəttə, az da olsa təcrübəmizin olduğunu düşünürəm. Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, Serbiyanın "Çukariçki” klubu ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm. İndi əsas işimiz yeni mövsümə hazırlaşmaq və bu oyuna qədər komandanı hazır vəziyyətə gətirməkdir. Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
 
Sport7.az
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar