Türkiyədə koronadan ölüm sayı 50 minə çatır


Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı dünənlə müqayisədə daha 10 nəfər artaraq 84 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 846 nəfər test edilib, onların 5 min 955-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 186 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 886 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 879 nəfər ölüb.

Türkiyədə indiyədək 5 milyon 342 min 28 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 211 min 22 nəfəri müalicə olunaraq evə buraxılıb.


0
106
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar