Türkiyədə koronavirusla bağlı son durum – 236 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 236 nəfər həyatını itirib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 204 min 637 nəfər test edilib, onlardan 11 min 472-nin koronavirus testi pozitiv nəticə verib, 38 min 814 nəfər sağalıb, 2 min 563 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 537 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 106 min 862 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 932 min 838 nəfəri müalicə olunaraq evə buraxılıb.

0
315
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar