Türkiyəyə göndərilən daha 4 qazi sağalaraq geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə dönüb.

 

Bu barədə Aztibb.az-a Fonddan məlumat verilib.

 

Sağalaraq geri dönən qazilər aşağıdakılardır:

 

1. Məmmədzadə Arif Mahir oğlu 
2. İbrahimov Kamran Ceyhun oğlu 
3. Bayramov Rahul Mərdan oğlu 
4. İslamov Vüsal İslam oğlu
 

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
0
109
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar