Ukrayna Rusiyanın narazılıq etdiyi futbol formasını dəyişdirməyəcək

Ukrayna yığması futbol üzrə Avropa Çempionatının matçlarında futbolçuların geyəcəyi formaları dəyişdirməyi planlaşdırmır. "Radio Svoboda"-nın iyunun 11-də verdiyi xəbərə görə, bu barədə komandanın mətbuat katibi Aleksandr Qlıvinski məlumat verib. Onun sözlərinə görə, formadakı bütün detallar artıq UEFA ilə razılaşdırılıb. Bildirilib ki, Ukrayna Futbol Assosiasiyasının rəhbəri hazırda UEFA ilə danışıqlar aparmaq üçün Romadadır. Təzəlikcə UEFA Avropa Çempionatında Ukrayna yığmasının formalarından "Yaşasın qəhrəmanlar!" şüarının çıxarılmasını tələb edib. Şüarın UEFA-nın qanunlarında qadağan olunun siyasi motivlərə uyğun gəldiyi qeyd edilib. Qərar Rusiya tərəfinin etirazından sonra verilib. Buna üç gün qalmışa qədər isə UEFA Ukrayna formasının reqlamenti pozmadığını bildirmişdi.

0
123
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar