Ultra işlənmiş qidalar və uşaqlarda piylənmə – Hansı təhlükələr var?/ARAŞDIRMA

Piylənmə artıq dünyanın bir çox ölkəsində epidemiya halını alıb və getdikcə yalnız böyüklərə deyil, uşaqlara da təsir edir. Buna görə uşağın qidalanmasına intensiv nəzarət etmək vacibdir. “JAMA Pediatrics” jurnalında təqdim olunan son araşdırmada elm adamları uşaqlar üçün daha çox risk yaradan məhsulları müəyyən ediblər.

 

Bu barədə Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir.

 

Tədqiqat çərçivəsində 7 yaşından etibarən izlənilən 9 min uşağın sağlamlığı öyrənilib. Onların çəkisi, bel ətrafı, bədən yağ indeksi və bədən kütlə indeksi (BKİ) izlənilib. Sonra tədqiqatçılar bu məlumatları və iştirakçıların yemək gündəliklərini təhlil ediblər.

 

Alimlər uşaqların diyetalarının 23-68 %-nin ultra işlənmiş qidalardan (UİQ) ibarət olduğunu aşkar ediblər. Ultra işlənmiş qidalardan (çörəklər, tortlar, qəlyanaltılar, şirniyyatlar, qazlı içkilər, hazır yeməklər və s. ) istifadənin daha yüksək olduğu uşaqlarda çəki 0,2 kq, yağ kütlə indeksi 3%, BKİ isə 6% daha yüksək olmuşdur. 24 yaşına gəldikdə, bu qrupun çəkisi 3,7 kq, bədən yağı isə 1,5%  çox olmuşdur.

    0
    84
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar