Valideynləri düşündürən maraqlı araşdırma-Uşaqlar internetdə ən çox nə axtarırlar?

Pandemiya səbəbindən uşaqların həyatının da əhəmiyyətli dərəcədə təsirləndiyi 2020-2021-ci illərdə internetdə uşaqların ən çox axtardıqları mövzular təhlil edilib.

Buna görə uşaqların maraqlarının “proqram, audio və video","e-ticarət" və "internet rabitə mediası" kateqoriyasında artması," kompüter oyunları” kateqoriyasında isə azalması müşahidə edilib. Ən çox “TikTok”, “YouTube” və “WhatsApp” uşaqlar arasında populyar olduğu halda, oyun oynayarkən və cizgi filmlərində bir sıra başlıqlar gündəmə gəlib. Pandemiyanın damğa vurduğu 2020-2021-ci il uşaqlar üçün ən qeyri-adi illərdən biri olub. Pandemiya səbəbi ilə dünyada təhsil, dostlar və ailəylə ünsiyyət, əyləncə daxil olmaqla bir çox həyat tərzi vərdişləri dəyişib. Kiber təhlükəsizlik qurumu olan “Kaspersky” uşaqların maraqları və ehtiyaclarının yeni şərtlər altında necə dəyişdiyini öyrənmək üçün onların axtarış sorğularını, ən yaxşı Android tətbiqetmələri və “Kaspersky Safe Kids” istifadəçiləri tərəfindən könüllü olaraq təqdim olunan veb saytlar kimi anonim məlumatları analiz edib.

Uşaqlar arasında ən populyar veb sayt kateqoriyalarını “proqram, səs, video” ( 44,38%), ”nternet rabitə mediası” ( 22,08%) və “kompüter oyunları” ( 13,67%) izləyib. Ən populyar tətbiqetmələr arasında “YouTube” dünyadakı uşaqlar arasında ən populyar video xidməti olmağa davam edib və bu müddətə qədər liderliyi ələ alıb. İkinci yeri “WhatsApp”, üçüncü yeri isə məşhur sosial şəbəkə “TikTok” tutub. “TikTok” uşaqlar arasında populyarlığını təxminən iki dəfə artıraraq “İnstagram”dan üstün olub. Uşaqlar “YouTube”-da musiqi videolarını dinləmək və izləməkdə çox aktivdirlər. Musiqi videoları axtarışlarının 17,35 faizini təşkil edir. Statistikaya bir sıra "trend" videoları da daxildir. "Pop it and simple dimple" və "ASMR", sorğuların 4.43 fazini təşkil edib.

“Gacha Life” haqqında sorğular da 4 faiz payla dünyanın hər yerində uşaqların diqqətini çəkir. Cizgi filmləri dünya miqyasında uşaqlar tərəfindən bütün video axtarışların yarısını ( 50,21%) təşkil edir. Bütün bölgələr arasında Qazaxıstandan olan uşaqlar ( 26.01%) kompüter oyunlarına həsr olunmuş saytları ziyarət etməkdə ilk yeri tuturlar. İkinci yeri İngiltərədən olan uşaqlar tutur - 19,40%. Uşaqların video oyunlara həsr olunmuş saytları çətinliklə ziyarət etdikləri Hindistanda mənzərə tamamilə fərqlidir -yalnız 5,08%.

Nigar

Cebhe.info

 

0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar