"Vətən Müharibəsi də başa çatdı, amma “Kibertəhlükəsizlik strategiyası”ndan xəbər çıxmadı"

"2018-ci ilin əvvəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının yaradılması” haqqında Sərəncam imzlayıb. Kordinasiya işləri də keçmiş Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə tapşırılıb".

Bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:

Ekspertin sözlərinə görə, Komissiya 2018-ci ildə “Kibertəhlükəszilik üzrə Milli Strategiya (2019 -2024)” layihəsini hazırlamalıydı. Paralel olaraq da NRYTN-nin “İnformasiya təhlükəsizliyi konsepsiyası” hazırladığı bildirilirdi".

"2019-cu ildə keçmiş Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi “Kibertəhlükəszilik üzrə Milli Strategiya (2019 -2024) layihəsinin hazırlanaraq başa çatdığını bildirdi.

Bundan dərhal sonra sonra NRYTN rəsmisi açıqladı ki, Strategiyada çatışmazlıqlar var, bu sənəddə informasiya təhlükəsizliyi məsələləri yetərincə öz əksini tapmayıb. Bundan sonra isə, 2020-ci ildə “ İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya”nın hazırlanması məqbul hesab edilib və yenidən işlərə başlanıb.

İndiyədək də bu Strategiyadan xəbər yoxdur.

NRYTN–da yeni nazir təyinatından sonra ümid edirəm bu məsələlər sürətlənəcək. Yeri gəlimşkən, dövlət sektorunda kibertəhlükəsizliyə cavabdeh qurumların taleyi də hələlik açıq qalıb.

XDMX-nin ləğvindən sonra onun nəzdində olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əsasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb. Lakin bir il keçməsinə baxmayaraq qurumun əsasnaməsi və strukturu təsdiqlənməyib. Vətən Müharibəsi zamanı müşahidə olundu ki, dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində, dövlət resurslarının dayanıqlığında və koordinasiya məsələlərində müəyyən problemlər var.

Bu problemlərin aradan qaldırılması üçün yuxarıda adı çəkilən məsələlərin həlli olduqca vacibdir"

0
601
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar