Xaricdə və ölkəmizdə insanlar pensiyaya neçə yaşında çıxırlar? – SİYAHI

Xəbər verdiyimi kimi, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında bildirib ki, Azərbaycanda orta ömür çox aşağıdır və ona görə də pensiya yaşını aşağı salmaq lazımdır.

İndex.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə əsasən Azərbaycanda pensiya yaşının 65-ə çatdırılıb, qadınların pensiya yaşı isə hər il 6 ay artırılaraq 2027-ci il iyulun 1-dək 65 yaşa çatdırılacaq.

Məlumat üçün bildirək ki, pensiya yaşına görə Azərbaycan region ölkələri arasında son sıralarda qərarlaşıb. Belə ki, region ölkələrinin bir-çoxunda pensiya yaşı 60 il hesablanır. Özbəkistan, Ukrayna, Türkiyə kimi region ölkələrində 60 yaşə tamam olan şəxs pensiyaya çıxa bilir.

Region ölkələrində pensiya yaşı aşağıdakı kimi olub:

Özbəkistan – 60 yaş
Ukrayna – 60 yaş
Türkiyə – 60 yaş
Rusiya – 60,5 yaş
Türkmənistan – 62 yaş
Belarus – 62,5 yaş
Tacikistan – 63 yaş
Moldova – 63 yaş
Qazaxıstan – 63 yaş
Ermənistan – 63 yaş
Gürcüstan – 65 yaş
Azərbaycan – 65 yaş

Dünyada ən yüksək pensiya yaşı Liviyada qeydə alınıb. Bu ölkədə pensiyaya çıxmaq üçün 70 yaşın tamam olması lazımdır. Bundaqn başqa pensiya yaşı Niderlandda 68 yaş, Yunanıstanda, islandiyada, İsraildə və İtaliyada 67 yaş həddində müəyyən olunub.
Ən aşağı pensiya yaşı isə Şri-Lankada (55 yaş), İndoneziyada (58 yaş), Nepalda (58 yaş), Banqladeşdə (59 yaş) və Kamerunda (60 yaş) qeydə alınıb.




©Yeniavaz
0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar