Yasəmən Qaraqoyunlu: “Qarabağda heç bir ölkənin sülhməramlıları yerləşməməlidir”

“Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və yalnız Azərbaycan ordusu, Azərbaycan dövləti tərəfindən qorunacaqdır”.

Sozcu.az xəbər verir ki, Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu özünün feysbuk səhifəsində yazıb:

Bəzi qüvvələr təklif edirlər ki, Qarabağda Rus sülhməramlıları yox, guya ki, bu məsələlərdə bitərəf mövqe tutan Skandinav ölkələrinin sülhməramlıları yerləşsin.

Bildiririk ki,

1. Skandinav ölkələri erməni məsələsində bitərəf deyil, Ermənipərəstdirlər. Hər il 24 apreldə Stokholmda bütün günü dövlət televiziyaları və radioları bütün verilişlərini Ermənilərə həsr edirlər, erməniləri müdafiə edir, türkləri lənətləyirlər. Skandinav ölkələri ermənipərəstdirlər, erməni soyqırımını da tanımışlar. Eyni zamanda nəzərə alın ki, Skandinav ölkələri də Avropa mədəniyyətini paylaşırlar, Avropasentrist zehniyyəti təmsil edirlər. Avropasentrizm- Türk- müsəlmanlara qarşı yönəlmiş etnik-irqi- siyasi- ideoloji- kültürəl- dini-iqtisadi əsaslı görüşlər cəmidir.

2. Rusiya Qarabağdan çıxmalıdır və Qarabağda heç bir ölkənin sülhməramlıları yerləşməməlidir. Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və yalnız Azərbaycan ordusu, Azərbaycan dövləti tərəfindən qorunacaqdır.

3. Qarabağ erməni torpağı deyil və erməniləri bu bölgəyə Rusiya köçürüb. Bundan sonra Qarabağda ermənilər o şərtlə Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər ki, Ermənistan vətəndaşı olan türklər də Ermənistanda yaşaya bilsinlər.

0
364
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar