Yəməndə MOSSAD agenti yaxalandı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyi İsrail rejimi xüsusi xidmət orqanı olan MOSSAD-ın agentinin saxlanıldığını bəyan edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri açıqlama verib.

O vurğulayıb ki, saxlanılan MOSSAD agentinin Yəməndəki fəaliyyətləri ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Yemənin paytaxt Səna şəhərindəki hökumət bundan əvvəl dəfələrlə Qırmızı dənizdəki İsrail rejimi gəmilərinə qarşı əməliyyat keçiriləcəyi barəsində xəbərdarlıq edib.

0
151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar