Yenidoğulmuşlarda müəyyən xəstəlikləri vaxtında aşkar etməyə imkan verən TOPUQ TESTİ

Topuq testi ilə uşaqda əsasən hipotiroidizm və fenilketonuriya yoxlanılır. Yoxlama üçün qan dabandan götürülür. Və doğulduğu ilk üç gün ərzində (uşaq daha çox protein qəbul edincə) edilməlidir. Maksimum 7 günü keçməməlidir. Əgər ilk 24 saat ərzində götürülməsi vacib olmuşsa, 1-2 həftə sonra təkrar yoxlanılır. Testin cavabı üç həftə ərzində məlum olur. Ya pozitiv ya neqativ. Pozitiv olarsa, təkrar test edilir.
 
Aztibb.az xəbər verir ki, körpələrə doğum evində tətbiq edilən topuq testi bir sıra xəstəlikləri vaxtında aşkar etməyə imkan verir. Buraya aşağıdakılar daxildir:
 
hipotireoz
fenilketonuriya
qalaktozemiya
kistik fibroz
homosistinuriya
MSUD (Maple syrup urine disease)
biotinidaz çatışmazlığı, anadangəlmə adrenal hiperplaziya
 
Həmin xəstəlikləri erkən dövrdə aşkar etmək, vaxt itirmədən müalicəyə başlamaq ciddi fəsadların qarşısın almağa imkan verir.
 
    0
    139
    0
    0 şərh

    Ən çox oxunanlar

    • Bugün
    • Həftə
    • Ay

    Son şərhlər

    Trenddə olanlar