Yeraltı və yerüstü piyada keçidlərində maska taxmaq məcburidir? - RƏSMİ AÇIQLAMA- VİDEO

Mayın 31-dən etibarən açıq havada maska taxmaq ləğv olunsa da qapalı məkanlarda bu qadağa hələ də qüvvədə qalır. Belə yerlərdən biri də yeraltı və yerüstü keçidlərdir. Belə yerlərdə maska taxmayan vətəndaşlara hələ də rast gəlmək mümkündür. Polis belə şəxslərə xəbərdarlıq edib.

İnsanlar məlumatsız olsalar da, əslində qapalı yeraltı və yerüstü keçidlərdə maska taxmamaq qanun pozuntusudur.

Vətəndaşların əksəriyyəti bu qaydadan xəbərsizdir. Keçidi keçmək üçün maska taxmağın mənasız olduğunu düşünənlər də var, virusdan qorunmaq üçün bu qaydanın  vacib olduğunu deyənlər də.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurlan Əliyevin sözlərinə görə, vətəndaşların bu kimi mövzularda diqqətli olmalarında fayda var. Çünki doğru bildikləri yanlış onların qayda pozması, İnzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə əsasən cərimə ödəmələri ilə nəticələnə bilər.

Qeyd edək ki, maskadan istifadə etməmənin cəriməsi fiziki şəxslərə ilk dəfə 100, ikinci dəfə isə 200 manatdır. Hüquqi şəxslər bu qayda pozuntusuna görə 300, vəzifəli şəxslər isə 600 manat cərimə ödəyəcək.

0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar