Zəngəzurdan vacib xəbər - Bütün sirlər açıldı (VİDEO)

Son günlər uğurlarımız ilə düşmənin təpəsindən qaynar su tökürük.

Bir tərəfdən Şuşadakı atəşfəşanlıq o biri tərəfdən də Zəngəzura 3 km lik yürüşümüz.

Prezident İlham Əliyev isə öz çıxışları və jestləri ilə əməlli başlı tarix yazır. Tarix demişəkən Bu qaragöl, zəngəzur nə söhbəti? Biz doğrudanmı Ermənistanın beynalxaq səviyədə tanınan ərazisinə müdaxilə etmişik? Bu barədə Saxta.info saytı araşdırma aparıb. Videonu axıra qədər izləyin, layk edin şərh yazın ki məlumat daha çox insana çatsın. Xatırladım ki aşağıdan videonun rus və ingilis dilində subtitleları da yerləşdirilib. "Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib". Bu iddia ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkənin ictimai kanalının efirində çıxış edib. Qriqoryan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Sevliç bölgəsindən çəkilmədiyini deyib. Saxta.info Qriqoryanın bu iddiasının əsaslı olub-olmadığını araşdırıb.

Oxşar fikrilərlə təkcə Qriqoryan deyil, Ermənistan hakimiyyətində təmsil olunan digər şəxslər də çıxış edib. Hətta bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gündəminə salmaq üçün müraciət edilib. Ermənistan rəhbərliyi müttəfiqləri Fransa və Rusiya ilə də müzakirələr aparıb. Qeyd edək ki, söhbət Azərbaycanla Ermənistan sərhədində, konkret olaraq Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik vilayətinin (Zəngəzur - res) Gorus rayonunun sərhədində yerləşən Qaragöldən gedir. Ermənilər bu gölü Sevliç adlandırır. Məlumatlara görə, bu günlərdə Azərbaycan silahlı qüvvələrinin bölmələri Qaragölün yerləşdiyi ərazidə mövqe qurub. Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində bununla bağlı videolar yayılıb. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verib və sərhəddə gedən prosesə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Məlumatda vurğulanıb ki, proses Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Açıqlamada izah olunub ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söhbət gedir. Azərbaycan XİN Ermənistana Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr bəyanatından sonra Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirilməsi prosesinə start verilib. Artıq Kəlbəcər, Zəngilan, Qubadlının bəzi ərazilərində dəqiqləşdirmələr həyata keçirilib. Sərhəd dəqiqləşdirmələrində keçmiş SSRİ dövrünə aid, xüsusilə SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1970-ci illərdə nəşr olunan topoqrafik xəritələrindən, o cümlədən GPS (qlobal yertəyinetmə sistemi) texnologiyasından istifadə olunur. Bunu GPS texnologiyası ilə aparılan dəqiqləşdirmə də təsdiqləyir. Buradan belə aydın olur ki, Azərbycan silahlı qüvvələri Ermənistan ərazisində deyil, gölün Laçın rayonu hissəsindəki mövqelərə yerləşib. Azərbaycan Xarici İşlər Nazilriyinin yaydığı açıqlamada da xüsusi olaraq vurğulanır ki, sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir. Yeri gəlmişkən, may ayının əvvəlində sosial şəbəkənin erməni seqmentində Azərbaycanın guya Ermənistan ərazisinə müdaxilə etdiyinə dair məlumat yayılmışdı.

Həmin məlumatda məhz Qaragöl adlanan ərazinin Azərbaycana güzəşt edildiyi iddia olunurdu. Bu məlumatı yayan ermənilər Azərbaycan tərəfdən gölün kənarından çəkilən videonu əsas göstərirdilər. Amma Sünik bələdiyyəsi Ermənistan Silahlı Qüvvələrinin 1-ci korpusunun komandiri general-mayor Poqosyana istinadən bu xəbərin yalan olduğunu bəyan edib. Bu barədə armenpress.am saytı Sünik Bələdiyyəsinin feysbuk səhifəsinə istinadən məlumat yayıb. Məlumatda sərhədin sovet vaxtında olduğu kimi gölün ərazisi boyunca uzandığı və hazırda tərəflərin öz ərazilərinə nəzarət etdiyi vurğulanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az saytının verdiyi məlumatdan belə aydın olur ki, əslində sözügedən gölün adı İşıqlı Qaragöldür və Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhəddində yerləşir və sərhəd gölü hesab edilir. Göl 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılan və respublikalararası dövlət qoruğu elan edilən Qaragöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və İşıqlı dağının yamacında 2650-2700 m yüksəklikdədir.

0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar