Azərbaycan Xarici İşlər Nazirliyi Yunanıstanı Milli Günü münasibətilə təbrik edib.Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>
"Yunanıstan Respublikasının Milli Günü münasibətilə Yunanıstan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq", paylaşımda qeyd olunub.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngləri aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib.
Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.
Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd olunub ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir."Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib", - Müdafiə Nazirliyindən vurğulanıb.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan 7 nəfər ölüb.Azərbaycanda indiyədək ümumilikdə 829 345 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, 10 160 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.Ölkədə son sutka ərzində 511, hazırkı dövrədək isə 7 552 099 test aparılıb.
Şabranda qatarla traktor toqquşub.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Araşdırma aparılır.
Kürdə suyun səviyyəsi 1,7 metr qalxıb. Bu isə çayboyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də səbəb olub.Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, qlobal ekoloji problem səbəbindən çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Son günlər Kür çayının səviyyəsində gözəçarpacaq dərəcədə qalxma müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir.
Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaqlar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.Pənah Mehnətov bildirib ki, suaşıran bəndlərin tikintisində məqsəd Kür çayının azsululuq dövründə su ehtiyatının yaradılması və qorunub-saxlanılması, çoxsululuq dövründə isə dəniz suyunun çaya qarışmasının qarşısını almaqdır:“Gördüyünüz kimi, hər iki bəndin üzərindən Kür çayının suyu Xəzər dənizinə tökülür. Eyni zamanda, Xəzər dənizindən Kür çayına balıqların miqrasiyası üçün nəzərdə tutulmuş bənddən suyun keçməsi təmin edilib. Hazırda Salyan və Neftçala əhalisinin su ehtiyacı ödənilir”.Qeyd edək ki, Kür çayının əsas və əlavə qolunun Xəzər dənizi ilə qovuşmasında tikilən suaşıran bəndlərin inşasına ötən il başlanılıb və bu ilin yanvarında başa çatıb. Birinci bəndin uzunluğu 350, eni 16, ikinci bəndin uzunluğu 200, eni 16, balıq keçiricisinin isə uzunluğu 20, eni üç metrdir.
Martın 18-də Baş nazir Əli Əsədov “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq etdi. Bu qərara əsasən, Prezident İlham Əliyev tərəfindən “Qarabağın hava qapısı” elan edilən Füzuli şəhəri növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Hazırda qarşıya qoyulan ən mühüm məsələnin “Böyük qayıdış”ı təmin etmək olduğunu deyən millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirdi ki, işğaldan azad olunmuş ərazilərə Azərbaycan vətəndaşlarının köçürülməsi istiqamətində də ciddi işlər aparılır. <script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script><img src="https://cdn.azerforum.com/2023/03/07/11051978.jpg" alt=""Torpaqlarımızdan" qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək" -" width="462" height="325" style="width:;" 462px; height: 325px;"/>  Millət vəkili Arzu Nağıyev 
 “Bildiyiniz kimi, Qarabağın yenidən dirçəldilməsi istiqamətində əngəl yaradan ən böyük problem ermənilər tərəfindən minalanmış ərazilərin təmizlənməsidir. Hazırda quruculuq işləri ilə yanaşı, bu təmizləmə prosesi də paralel olaraq aparılır. 30 il işğal altında qalan ərazilərimizdə ermənilər bölgəyə qarşı olduqca vandal münasibət bəsləyiblər. Nəticədə, dağıntıların miqyası o qədər böyük olub ki, hazırda oranın yenidən dirçəldilməsi də təbii ki, çox vaxt aparacaq. Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdikdən sonra bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların basdırıldığı da məlum olub. Bizim əsas məqsədimiz “Böyük qayıdış”ı təmin etməkdirsə, ən böyük problemimiz də ərazilərin minalardan təmizlənməsidir. Ali Baş Komandan İlham Əliyev bu barədə açıqlamalarında dünyada minatəmizləmə ilə məşğul olan qurumların mövcud olduğunu, onların işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə prosesində iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Buna baxmayaraq, Qarabağda abadlıq işləri sürətlə davam etdirilir. Artıq hər bir rayonla bağlı Baş Plan təsdiq olunur. Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub. Xatırladım ki, azad olunmuş ərazilərimizdə icra olunacaq bu layihələr dünyada ilk olacaq”. <img src="//metbuat.az/uploads/323/08c9e84286-befunky-collagevv-8.png" width="566" height="301" style="width:;" 566px; height: 301px;"/> Füzuli şəhərinin yeni görünüşü“Böyük Qayıdış” çərçivəsində əsasən Zəngilan, Laçın istiqamətində işlərin sürətlə davam etdiyini və mərhələli şəkildə köçün icra olunduğunu ifadə edən Arzu Nağıyev xüsusilə vurğuladı ki, dövlətimizin qarşısında duran əsas məqsəd mütləq şəkildə öz ata-baba yurdlarından qaçqın düşmüş şəxslərin yurdlarına yerləşdirilməsdir. Yeni Baş plana əsasən Füzulidə görüləcək işlərə diqqəti yönəldən millət vəkili hesab edir ki, müasir standartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq:
“Plana əsasən Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkının salınması, eyni zamanda az və ortamərtəbəli çoxmənzilli binalar da inşası nəzərdə tutulub. Bildiyiniz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsinin inşasının ilk mərhələsində 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binalarının tikintisi planlaşıdırılır. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə işğal altından azad edilən yurdlarına qayıdacaqlar”.<img src="https://cdn.azerforum.com/2023/03/25/11319125.jpg" width="574" height="307" style="width:;" 574px; height: 307px;"/> Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAzərbaycan büdcəsinin əsas istiqamətlərindən birinin də məhz bərpa məsələsinə ayrıldığını qeyd edən millət vəkili bildirdi ki, Qarabağda qarşıdakı illərdə nəyinki infrasturktur eyni zamanda sənaye müəssisələrinin tikintisi də plana daxildir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın abadlaşdırılması istiqamətində dövlət qurumları ən yüksək səviyyədə öz işlərini həyata keçirirlər. Məlumdur ki, çətin dağ şəraitində olan aparılan tikintilərdə kommunikasiyaların açılması da çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə də addımlar atılacaq. Çox mühüm bir məsələni də qeyd etmək istəyirəm. Artıq Şuşa şəhərinə turist marşrutları bərpa olunub. Bu həm də Füzuli rayonundan da keçəcək. Əsas məqsəd Qarabağda yurd-yuvasına qayıdan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasıdır. Dövlətimizin heç kimdən maliyyə dəstəyi almadan bu kimi iri layihələri icra etməsi həm orada yaşayacaq sakinlərin rahatlığına zəmanət vermək, həm də Azərbaycana qarşı dost münasibət bəsləməyən bəzi dövlətlərə siyasi bir mesajdır”. Gülbəniz Hüseynli / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.<img src="https://cdn.azerforum.com/2022/07/19/7016573.jpg" width="349" height="298" style="width:;" 349px; height: 298px;"/>
Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib."Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.Allah rəhmət eləsin!
Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib."Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.
Allah rəhmət eləsin!
Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.Metbuat.az xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb. Məlumata görə, 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.Məlumata görə, maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır: "Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb".
PSJ prezidenti Nasser Al-Xelaifi komandanın liderləri Kilian Mbappe, Lionel Messi və Serxio Ramosun müqavilələrinin yenilənməsi ilə bağlı vəziyyətdən danışıb.Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, o deyib ki, Paris təmsilçisi səhvə yol verməmək üçün bu məsələyə diqqətlə yanaşacaq: “Mbappe, Messi və Ramosu komandada saxlamaq üçün çalışırıq. Nə etdiyimizi başa düşürük. Səhv etməyəcəyik.Bu üç futbolçudan başqa biz gənclərə və gələcəyimizin asılı olduğu istedadlara da diqqət yetirməliyik. Klubda dəyişdiyimiz budur”.
Qeyd edək ki, həm Messinin, həm də Ramosun müqaviləsi bu mövsümün sonunda başa çatır. Mbappe ilə müqavilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.
Metronun "Memar Əcəmi" stansiyasında bir kişi sərnişin stansiya yoluna düşüb.
Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb: “Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb”.
Məlumatda qeyd edilib ki, aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür: “Nəticədə “Yaşıl xətt” üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.
Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan “Sussex” universitetində Novruz bayramı qeyd olunub. Metbuat.az xəbər verir ki, bayram tədbiri “Sussex” Universitetindətəhsil alan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan tələbələr tərəfindən təşkil edilib.
Bayram şənliyinə qatılan əcnəbi tələbələrə Novruz bayramının qədim ənənələri haqda məlumat verilib. Dünyanın bir çox ölkələrindən gəlib burda təhsil alan tələbələr, Novruz şirniyyatlarından dadıblar. Tədbirin təşkilatçılarından biri, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu universitetdə magistr təhsili alan Kənan Məmmədov bildirib ki, tədbir tələbələr tərəfindən maraqla qarşılanıb. Tədbirdə Azərbaycan musiqiləri və ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 23 mart 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı mediaya açıqlama verib.Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.<script data-cfasync="false" src="/cdn-cgi/scripts/5c5dd728/cloudflare-static/email-decode.min.js"></script>Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir.Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir.Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb.Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır.
Bir daha, Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır.
Rəqqasə Fatimə Fətəliyeva Türkiyədə məscidin yanında çəkdirdiyi videoya görə tənqid olunub.Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin ziyafət geyimində və makiyajda poz verdiyi görüntüyə yüzlərlə mənfi rəy yazılıb. Şərhləri bağlayan Fatimə izləyicilərinin yazdıqlarına cavab verib."Necə cahil insanlar var. Heç yerdə deməmişəm ki, hicaba keçirəm, qapanıram və ya hər zamanki geyimlərdə olmayacağam. Allah qismət etsin, nə vaxtsa qapanacağam. Allah bəxş etsə, olacaq. Taksimdə (İstanbul) məscidin yanında video çəkdirmişəm. Məscidə girməmişəm, gözəl sözlərin qarşısında dayandım. Xınayaxdı məclisinə gedirdim, bəzənmişdim. Haramsa açıq deyildi, geyimimi bilən biriyəm. Orasını-burasını açanlara tərif yazırsınız. Beyninizi işlədin, görün dünya nə haldadır. Sanki bir vaqonda oturmuşuq, hər dayanacaqda bir insanı yola salırıq. Ölüm-itim dünyasıdır. Ayılın, xoş söz yazıb, bir-birinizə ürək-dirək verin. Hər şey o qədər qısa və mənasızdır ki... Yazırsınız ki, özünü məscidin qabağında çölə qoyub, utanmaz, ağlı yoxdur. Ağlım da başımdadır, ruhum da çirkab deyil. İnsanlar daha düzəlməkdən, əksinə olurlar. Ömür qısalıb, düzəlin, içinizdə, ruhunuzda iyrənc məsələlər var. Haradan gəlir sizə belə iyrənc söhbətlər? Oturub güdürsünüz ki, bunu necə vurum? Yazdıqlarınızı silirəm, qanımı qaralda bilməzsiniz, gülüb keçirəm. Bilirəm ki, bu sözlərim də sizə təsir etməyəcək" deyə, o, bildirib.
Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev ordunun şəxsi heyətinin sayının artırılması ilə bağlı çağırış edib.Metbuat.az TASS-a istinadən xəbər verir ki, o, çağırışçıların Rusiyanın ehtiyaclarını ödədiyini söyləyib, bununla yanaşı şəxsi heyətin sayının daha da çoxaldılması təklifini irəli sürüb.
Təhlükəsizlik Şurasının sədr müavinin sözlərinə görə, Ukraynada “xüsusi hərbi əməliyyat” bir sıra çətinlikləri üzə çıxarıb: “Əlbəttə ki, bəzi qurumlar xüsusi hərbi əməliyyat keçirməyə tam hazır deyildilər”.
İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir.Metbuat.az xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir. Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər.Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb. Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb.Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak edilər.
ABŞ Hərbi Hava Qüvvələri F-16 qırıcıları ilə Suriyadakı İran hərbi bazalarına zərbələr endirib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, İran istehsallı olan pilotsuz uçuş aparatlarının (PUA) Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumuna cavabdır.Qeyd edək ki, martın 23-də ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.
ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, martın 23-də Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına PUA hücumu nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb.